AZ

SOMDA-dan hərbi xidmətə könüllü daxil olmaq istəyənlərin NƏZƏRİNƏ

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə könüllü olaraq hərbi xidmətə daxil olmaq arzusunda olan vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan (16.01.2025-ci il tarixdə verilmiş elanda qeyd edilmiş tələblərə cavab verən) vətəndaşların nəzərinə çatdırılır ki, Agentlikdə xidmətə daxil olmaq üçün sənəd qəbulunun müddəti 17 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixədək uzadılmışdır. Ətraflı məlumat somda.gov.az saytında yerləşdirilmişdir”, – məlumatda qeyd olunub.

Seçilən
24
7
yenicag.az

9Mənbələr