AZ

Goranboyda keçirilən gənclər düşərgəsi yekunlaşıb - FOTO

Yazını böyüt
Yazını kiçilt

“Gənclər Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Goranboy Olimpiya İdman Kompleksində həyata keçirilən gənclər düşərgəsi yekunlaşıb.

Gənclər Təşkilatından hafta.az-a bildirilib ki, düşərgənin əsas məqsədi müxtəlif bölgələrdən olan gəncləri bir araya gətirərək onların fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək, sosial əlaqələrini genişləndirmək və şəbəkələşmələrini gücləndirmək olub. Bununla yanaşı, iştirakçılar düşərgə müddətində idman və mədəni tədbirlərdə fəal iştirak edib, komanda oyunları vasitəsilə həm əylənərək, həm də yeni biliklər əldə edərək səmərəli vaxt keçiriblər.

Düşərgədə iştirak üçün qısa müddət ərzində 58 regiondan 900-dən çox gənc müraciət edib. Müraciətçilər arasından yaşı 18-26 yaş həddində olan, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən 32 regiondan 50 gənc düşərgədə iştirak etmək şansı qazanıb. Dörd gün davam edən düşərgədə gənclər “Enerji”, “Yenilik”, “Ümid”, “Macəra”, “İnkişaf" və “Gələcək” adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclər üçün innovativ ideyaların və sosial layihələrin müzakirəsi, fərdi inkişaf təlimləri, karyera və inkişaf, könüllülük fəaliyyəti və informasiya təhlükəsizliyi haqqında məlumatlandırıcı sessiyalar, intellektual yarışlar, idman, komanda qurucluğu və şəbəkələmə oyunları, peşəkarlarla görüşlər, mədəni axşamlar və bir-birindən maraqlı interaktiv fəaliyyətlər təşkil olunub.

Həmçinin düşərgənin üçüncü günü gənclər və idman naziri Fərid Qayıbov düşərgə iştirakçıları ilə görüşüb. Görüşdə Fərid Qayıbov təcrübə proqramları, gənclərin tədbirlərdə iştiraklarının təmin edilməsi, istedadlı gənclərlə bağlı layihələr, karyera yarmarkaları və digər mövzularda gənclərin təklif və fikirlərini dinləyib.

Görüşdə gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə də müzakirələr aparılıb.

Seçilən
9
4
hafta.az

5Mənbələr