AZ

İran polisi yeniyetməni güllələdi

Ərak əyalətinin Delican şəhərində İran polisi yeniyetməni güllələyərək öldürüb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, minik avtomobilini idarə edən yeniyetməyə polisin dur əmrinə tabe olmadığına görə atəş açılıb.

Delican Polis İdarəsinin rəis müavini Kəyan Şeyxi hadisəni təsdiqləyib və yeniyetmənin xəstəxanaya çatdırıldıqdan sonra öldüyünü bildirib.

Seçilən
42
2
axar.az

3Mənbələr