Ailə məsələlərini şouya çevirən verilişlər — Şura sədrindən CAVAB
Televiziyalarda yayımlanan sosial verilişlərdə ailə-məişət mövzularının şouya çevrilməsi halları müşahidə olunur. Qurumlar bu cür hallar baş verdikdə bəzən müdaxilə edir, televiziya kanallarına xəbərdarlıq edir, cərimələr tətbiq edir və hətta yayımı müəyyən müddət dayandırır. Hətta bir müddət əvvəl televiziya rəhbərlərinə yüksək səviyyədə xəbərdarlıq edildiyi barədə də xəbərlər yayılmışdı.
Lakin görülən tədbirlərə baxmayaraq, oxşar və ya eyni nöqsanlar bir müddət sonra yenidən eyni və ya digər televiziya kanallarında təkrarlanır. Bu isə tətbiq edilən cəza mexanizmlərinin effektivliyi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı bu gün keçirilən brifinqdə Modern.az-ın sualını cavablandıran Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, media haqqında qanunun 14-cü bəndində bir neçə əsas amillər yazılıb:
“Hansılar ki, təkcə televiziya və radioya aid deyil, eyni zamanda bütün media subyektlərinə aiddir. O tələblər yerinə yetirilməlidir. Məsələn yazılıb ki, heç bir halda ayrı-seçkilik olmamalıdır. Hərdən belə pozuntular olur. Təəssüflər olsun ki, bu gün də belə pozuntular təkcə televiziya deyil, eyni zamanda media subyektlərində də olur”.
Onun sözlərinə görə, media haqqında qanun Azərbaycanda hansısa ekstrasensin reklamını da qadağan edir: