AZ

Nərimanovda ağır QƏZA: ölü və xəstəxanalıq olanlar var – FOTO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində “Toyota Prius” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan Ağdaş rayon sakini 1993-cü il təvəllüdlü Fərid Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
4
12
editor.az

10Mənbələr