AZ

Aktrisanın özündən 48 yaş böyük həyat yoldaşı vəfat etdi - Mirasdan məhrum edib...

Türkiyəli aktrisa Meltem Miraloğlunun özündən 48 yaş böyük olan amerikalı həyat yoldaşı Patrik Qredi infarkt keçirərək dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli yazıçı Onur Akay məlumat yayıb.

O, P.Qredinin 86 yaşında dünyasını dəyişdiyini açıqlayıb.

Akay iddia edib ki, Qredinin ölümündən əvvəl Amerikada yaşayan Miraloğlu Nyu Cersi məhkəmələrinə müraciət edib və həyat yoldaşının oğlunu məhkəməyə verib. Miraloğlunun ittihamları arasında ona qarşı sui-qəsdlərin olması və bəzi hüquqlarının pozulduğu yer alıb.

Onur Akay Patrik Qredinin onsuz da ürək xəstəliyinin olduğunu və Miraloğlunun məhkəməyə təqdim etdiyi ittihamların yaşlı kişinin səhhətinə mənfi təsir etdiyini bildirib. Akayın sözlərinə görə, Qredi məhkəmənin təzyiqinə tab gətirə bilməyib və dünyasını dəyişib.
 

Akay Qredinin ölümündən əvvəl hazırladığı vəsiyyəti dəyişdiyini və Miraloğlunun mirasdan məhrum etdiyini iddia edib.


Buna görə də Miraloğlu ərinin mirasından heç bir hüquq tələb edə bilməyəcək. Bununla belə, aktrisanın Qredinin təqaüdünü almaq və Amerika vətəndaşlığını saxlamaq üçün hüquqi mübarizəsini davam etdirdiyi bildirilib.

Xatırladaq ki, Meltem Miraloğlu Türkiyənin "Hayat Devam Ediyor" serialında uşaq gəlin olan “Həyat” obrazını canlandırıb.

O, 2016-cı ildə rejissor Tayfur Aydınla evlənib. 2017-ci ildə boşanıb və 2019-cu ildə Türkiyəni tərk edərək ABŞ-a köçüb və özündən 48 yaş böyük Patrik Qredi ilə ailə həyatı qurub.





Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr