AZ

"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu bürünc medal qazana bilər

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaqlar.

“İki sahil” xəbər verir ki, üç idmançı mükafat qazanmaq şansını davam etdirir.

Bunlar Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq).

Bu gün tamamiyə çıxan digər 9 idmançı isə əvvəlki raundlarda məğlub olublar.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.

Seçilən
29
3
ikisahil.az

10Mənbələr