COP29-un prezidenti Muxtar Babayev və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Almaniyada səfərdədir.
Ekologiya.az xəbər verir ki, rəsmilər Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəklər.
COP29 sədrliyinin "X"dəki rəsmi səhifəsində bildirilib ki, sədrlik COP29-da əldə edilən irəliləyişin dünya əhalisinin daha yaxşı və təhlükəsiz gələcəyini təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir sıra görüşlərdə iştirak edəcək.
![](https://cdn.musavat.com/news/images/Ayten/MUNXEN.jpeg)