Azərbaycanın Britaniyadakı səfirliyi Dublində səyyar konsulluq xidmətləri təşkil edəcək
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Briləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək məqsədilə martın 1-də İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək.
"Report" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, səyyar konsulluq zamanı xidmət saat 14:30-18:30 aralığında mümkün olacaq.
Xidmətlərlə yanaşı, İrlandiyada yaşayan azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaq.
Əziz həmvətənlərimiz,
Azərbaycan Respublikası vətəndaşları üçün bir sıra konsulluq xidmətlərini əlçatan etmək məqsədilə Səfirlik tərəfindən 1 mart 2025-ci il tarixində ilk dəfə İrlandiya Respublikasının Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil ediləcəkdir.