AZ

2024-cü ildə ən çox vergi ödəmiş özəl Azərbaycan şirkətinin adı məlum olub

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.

Marja.az Siyahıya istinadən xəbər verir ki, 1-cu yerdə dövlətə məxsus Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "AZNEFT" İstehsalat Birliyidir. Qurum ötən il dövlət büdcəsinə 1 milyard 495,1 milyon manat vergi ödəyib. 

İkinci yerdə isə, Sumqayıtda fəaliyyət göstərən siqaret istehsalçısı "Tabaterra" MMC şirkətidir. Özəl şirkət olan "Tabaterra" MMC 2024-cü ildə dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.  Beləliklə, "Tabaterra" MMC qeyri-neft sektorunda vergi rekordçusu kimi tanınıb.

Tabaterra
Seçilən
54
1
marja.az

2Mənbələr