
Ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 vətəndaş qan analizi verib.

E-saglam.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.
Qeyd olunub ki, onlardan 35-ində HİV ½(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb.
Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlük isə 50 nəfər olub.