AZ

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Böyük Britaniya Rusiya əleyhinə “qara siyahı”nı beş maddə ilə genişləndirib.

Məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.

Sanksiyaya məruz qalanlar arasında Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selinin, Rusiya Federasiyası müdafiə nazirinin müavini Pavel Fradkovun, Kirov-Enerqomaş zavodunun, Rosatom Additive Technologies şirkətinin adları var.

Böyük Britaniya Nazirlər Kabinetinin saytında verilən açıqlamaya görə, Çaykanın sanksiya siyahısına daxil edilməsinə səbəb onun “Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olan” Birinci Qeyri-Metallik Şirkətinəin sahibiolmasıdır. Selin və Fradkov Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə xələl gətirən hərəkətlərə görə qara siyahıya salınıb. “Rosatom Additive Technologies” və “Kirov-Enerqomaş” Rusiya “müdafiə sektoruna” dəstək verdiyi üçün məhdudiyyətlərə məruz qalıb.

Ümumilikdə Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1700-dən çox fiziki və 384 hüquqi şəxs daxildir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
19
1
oxumeni.az

5Mənbələr