AZ

Paşinyan Münxendə Aİ prezidenti ilə Azərbaycanla münasibətlərin normallaşması prosesini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Paşinyan özünün “X” sosial media hesabında məlumat yayıb.

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Aİ Prezidenti ilə mənalı söhbətimiz oldu. Mən onunla Ermənistan-Avropa İttifaqı tərəfdaşlığına dair əsas məsələləri müzakirə etdim”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, Kosta ilə həmçinin region və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
86
11
missiya.az

10Mənbələr