AZ

Yenicə həbsdən çıxan şəxs balta ilə qətl törədib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən Təbriz Həsənovun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

İlk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Təbriz Həsənov bundan öncə də analoji maddə ilə məhkumluq həyatı yaşayıb. Belə ki, T. Həsənov sonuncucinayəti törətməmişdən bir az qabaq azadlığa çıxıb. Anket məlumatlarını dəqiqləşdirdikdən sonra təqsirləndirilən şəxsin ittiham aktını almadığı məlum olub. Məhkəmə prosesininn hazırlıq iclası bu səbəbdən fevral ayının 21-nə kimi təxirə salınıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

Təbriz Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Müəyyən edilib ki, Azər İbrahimov oktyabrın 13-də yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan və kürəyindən balta xəsarətləri alıb.

Seçilən
29
3
aznews.az

4Mənbələr