Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin inzibati mərkəzi olan Aybak şəhərində məsciddə partlayış baş verib...
APA xəbər verir ki, bu barədə Əfqanıstanın 1 TV News telekanalı yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, cümə namazı zamanı iki yerli sakin məscidə partlayıcı qurğu yerləşdirib. İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Poliqon.info