AZ

Belçika ən köhnə nüvə reaktorunu bağlayır


Belçikada ilk qurulan və 50 ildir fəaliyyət göstərən Doel 1 Nüvə Reaktoru bu gün həmişəlik bağlanacaq.
Ölkədə enerji sektorunda fəaliyyət göstərən və Atom Elektrik Stansiyalarını idarə edən Engie Electrabel şirkətindən verilən açıqlamada Doel Atom Elektrik Stansiyasının Antverpen şəhəri yaxınlığında yerləşdiyi bildirilir. Bu gün saat 21.45-də 1 saylı reaktorun fəaliyyətinin dayandırılacağı açıqlanıb.
Belə ki, Belçikanın ən qədim nüvə reaktoru, tikintisi 1969-cu ildə başlanan və 1975-ci ildə fəaliyyətə başlayan Doel 1 50 ildən sonra elektrik şəbəkəsindən ayrılacaq.

İş dayandırıldıqdan sonra reaktorun soyumasına icazə veriləcək və təzyiq səviyyəsi azalacaq. Təxminən 5 il çəkəcəyi gözlənilən proses tamamlandıqdan sonra reaktordakı nüvə yanacağı boşaldılacaq. Reaktorun son sökülməsinin 10 ildən sonra baş tutacağı gözlənilir.

Belçika hökuməti Rusiya-Ukrayna Müharibəsindən əvvəl 2025-ci ildə atom elektrik stansiyalarının fəaliyyətini dayandırmaq planı hazırlamışdı, lakin enerji böhranı ilə birlikdə Belçika elektrik enerjisi çatışmazlığının qarşısını almaq üçün daha əvvəl 2025-ci ildə bağlamağı planlaşdırdığı Doel 4 və Tihange 3 reaktorlarının işləmə müddətini 10 il uzatmağa qərar verdi.

Doel 1-dən sonra Doel 2 Reaktorunun noyabrın sonunda bağlanması planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
27
2
aia.az

3Mənbələr