İtaliyanın "Yuventus" klubunun hazırda "Ayaks"da (Niderland) icarədə olan müdafiəçisi Daniele Ruqani sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə məhkəmə tərəfindən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Rekord.az "La Repubblica"ya istinadən xəbər verir ki, futbolçu həmçinin 2 min avro cərimələnib və "Maserati" markalı avtomobili müsadirə olunub.
Ruqani 2023-cü ilin iyulunda Turinin kənarında kiçik qəza törətdikdən sonra polis tərəfindən saxlanılıb. Həmin vaxt xəsarət alan olmayıb. Alkoqol testi futbolçunun qanında spirtli içkinin icazə verilən həddən üç dəfə çox olduğunu göstərib.
Ruqaninin bu mövsümün əvvəlində icarə əsasında keçdiyi “Ayaks”la müqaviləsinin müddəti bu ilin yayına qədərdir.