Suriyanın yeni hökuməti başda İŞİD olmaqla, terror təşkilatları ilə mübarizəni davam etdirməlidir.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makron eyni zamanda terrorla mübarizədə Fransanın “müttəfiqi” olaraq SDQ-nin (terror təşkilatı PKK/YPG) Suriya Milli Ordusuna inteqrasiyasına çağırıb.
Fransa prezidenti həmçinin vurğulayıb ki, Suriya və onun qonşularının təhlükəsizliyi üçün əllərindən gələni etməyə hazırdırlar.