Deportasiya və soyqırımlar birbaşa insan talelərinə təsir edən məsələlərdir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli “Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinin elan olunmasına dair mətbuat konfransında deyib.
O, layihənin həyata keçirilməsinin əsas məqsədlərindən danışıb:
"Layihədə əsas məqsəd deportasiya və soyqırımı insan talelərindən keçən məsələ olduğunu ictimaiyyətə çatdırmaqdır. Ədəbi ictimaiyyətin diqqətini bu məsələyə çəkmək istəyirik. QAİ-nin fəaliyyət göstərən səkkiz strukturunda bu sahədə işlər görülür".