AZ

Azərbaycanın üç cüdoçusu “bürünc” üçün yarışacaq

Bu gün Milli Gimnastika Arenasında start götürən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə üç cüdoçumuz bürünc medal uğrunda tatamiyə çıxacaq.

Futbolpress.az xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev Belçika təmsilçisi Yorre Verstraten, Əhməd Yusifov isə Ukrayna cüdoçusu Dilşot Xalmatovla bürünc medal uğrunda qarşılaşacaq. -66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov isə üçüncü yer uğrunda Özbəkistan idmançısı Azizbek Ortikovla tatamiyə çıxacaq.

Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış “İdman” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Seçilən
24
1
futbolpress.az

2Mənbələr