AZ

Zaxarova açıqlama verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunda iş Ermənistana görə dondurulub.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, qrup “Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası üçün həm hüquqi bazanın, həm də texniki parametrlərin razılaşdırılması istiqamətində böyük işlər görüb”.

“Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların bloklanmasının əsas prinsipi ilə bağlı razılaşmalar əldə olunub. Bu, bir daha təkrar edirəm, suverenliyin və bu ərazidən keçən marşrutlar üzərində dövlətlərin yurisdiksiyasının qorunmasından ibarətdir. Və bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib”.

 

Nigar

 

Seçilən
16
oxu24.com

1Mənbələr