AZ

Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər



Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfərin məqsədi türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etməkdir.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunacaq.

aia.az



Seçilən
38
29
aia.az

10Mənbələr