AZ

İranın absurd iddialarına baxmayaraq Zəngəzur dəhlizi açılacaq -Analitik

İranın regionun geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır.
Bu sözləri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi Ermənistanın bu ölkədəki səfiri Qriqor Akopyanla görüşündə deyib.
O, İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə işarə ilə əlavə edib ki, İran İslam Respublikası regiondakı geosiyasi vəziyyətin dəyişməzliyi ilə bağlı öz mövqeyinə sadiq qalmaqda davam edir.
Görüş zamanı Ermənistan və İran arasında siyasi, iqtisadi, infrastruktur, enerji sahələrində əməkdaşlıq və regional hadisələrlə bağlı məsələlər müzakirə edilib.

Politoloq Əli Zülfüqarlı "Sherg.az"a bildirib ki, İran regionun geosiyasətinin dəyişməzliyi dedikdə bölgədə sərhədlərin dəyişəcəyini nəzərdə tutur:

"İran iddia edir ki, guya Azərbaycan Zəngəzuru özünə birləşdirməkdə maraqlıdır. Həmçinin bu istiqamətdə planlar üzərində çalışır. Bu isə heç bir əsası olmayan, çox yalan və absurd fikirdir. Azərbaycan bunu dəfələrlə təkzib edib. İran isə bu məsələni ona görə ortaya atır ki, Zəngəzur dəhlizi açılarsa, Tehranın təzyiq vəziyyətinə düşəcəyi və iqtisadi problemlərinin daha da artacağı gözlənilir. Buna görə də məsələyə müxtəlif don geyindirir. Eyni zamanda Ermənistana təzyiq edir ki, dəhlizin açılmasına qarşı çıxsınlar. Paradoksal məqam ondan ibarətdir ki, Qərb də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edir. Yəni burada Ermənistanın maraqları Qərblə üst-üstə düşür. İstənilən halda sözügedən məsələdə Azərbaycanla yanaşı digər dövlətlərin - Türkiyə və Orta Asiya Respublikalarının mövqeyi eynidir. Bu baxımdan istər İranın pozuculuq fəaliyyəti, istərsə də müxtəlif Qərb ölkələrinin təzyiqlərinin heç bir nəticəsi olmayacaq. Beynəlxalq hüququn tələbləri yerinə yetiriləcək və Zəngəzur dəhlizi açılacaq".
Seçilən
11
sherg.az

1Mənbələr