AZ

"Bavariya" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

Almaniyanın "Bavariya" klubu Camal Musialanı komandada saxlamağı bacarıb.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi Avropa klublarının transfer siyahısında yer alan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniay millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından transfer edib. Ulduz futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
29
sportal.az

1Mənbələr