Bakı. Trend:
Çin və Rusiyadan idxal edilmiş kürülərin "Azerbaijan Caviar" adıilə satışa çıxarıldığı aşkarlanıb.
Bu barədə TrendAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumatverir.
Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirlərizamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − SəmədzadəEmina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov ElçinQənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçıhüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.
Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyükqablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustarüsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq"Azerbaijan Caviar" adı ilə etiketlənib satışının həyatakeçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd "Azerbaijan Caviar"yazılı qutular və etiketlər də aşkarlanıb.
Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluqaşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqlaistehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsindəqanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yoluilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.