AZ

Kanalizasiya suları Ceyranbatan su anbarında axıdılır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkələrdə Ceyranbatan su anbarına kanalizasiya sularının axıdıldığına dair iddia yayılıb.
Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) bildirilib ki, Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır:
"Tullantı suları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb. Həmin suların Ceyranbatan su anbarına tökülməsi iddiası kökündən yanlışdır və absurddur".
"Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
Seçilən
76
14
oxu.az

10Mənbələr