AZ

"Nə prokurorluğa getmişəm, nə də dindirilmişəm" - general Nizam Osmanov

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər. Hazırda məhkəmə prosesləri davam edir. Bu proseslər fonunda müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirildiyi qeyd edilib.

 

Pravda.az xəbər verir ki. Manset.az Nizam Osmanovun dindirilməsi ilə bağlı onunla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan informasiyanı təkzib edib:

 

"Yox, əlbəttə, bu yalandır. Eşitdiyim qədəriylə onları buraxıblar. Mən istintaqa çağırılmamışam. Orda nə işim var? Mən prokurorluğa getməmişəm, istintaq işi ilə bağlı da dindirilməmişəm", - deyə Nizam Osmanov açıqlamasında bildirib.

Tarix: 14 Fevral 2025, 17:33   
Seçilən
73
13
pravda.az

10Mənbələr