Bəzi bələdiyyələr üzrə seçkinin nəticələri etibarsız hesab edilib. Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib. O qeyd edib ki, 81 saylı İmişli ( Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.