AZ

Ukrayna ordusu üçün 6 min kamikadze dron göndəriləcək

Almaniya hücum və müdafiə qabiliyyətini artırmaq üçün Ukraynaya 6 min kamikadze pilotsuz uçan aparat çatdırmağa hazırlaşır.

Turkustan.az xəbər verir ki, Alman Helsing şirkəti tərəfindən istehsal edilən HX-2 adlı süni intellektlə təchiz edilmiş kamikadze pilotsuz uçan aparat yaxın vaxtlarda Ukraynaya tədarük ediləcək.

Almaniyanın Bild qəzetinə danışan Helsing şirkəti rəsmiləri Ukrayna üçün 6 min kamikadze pilotsuz uçan aparatın istehsal mərhələsində olduğunu təsdiqləyiblər.

HX kamikadze pilotsuz təyyarəsi süni intellekt avadanlığı sayəsində elektron müharibə sistemlərindən təsirlənmir.

100 kilometrə qədər idarə oluna bilən pilotsuz təyyarə saatda 200 km sürətə çata bilir və tank əleyhinə sursat kimi istifadə edilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
72
1
turkustan.az

2Mənbələr