AZ

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan atletləri Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək Balkan çempionatında iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi 6 idmançı təmsil edəcək.

Nazim Babayev və Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədovla Yekaterina Sarıyeva üçtəkanla tullanma növündə, Lamiyə Vəliyeva 400 metr, Bəxtiyar Əsgərli isə 800 metr məsafəyə qaçış üzrə yarışda qüvvəsini sınayacaq.

Balkan çempionatına fevralın 15-də start veriləcək.

Seçilən
9
azertag.az

1Mənbələr