AZ

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

“Expressbank”ın əməkdaşları Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə əlaqədar Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət ediblər.

Ziyarət zamanı Bankın nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını dinləyiblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən “Qalib sənsən!” şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa “Expressbank” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

“Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq” hədəfi ilə çıxış edən “Expressbank” uşaqlara yönəlik tədbirləri ilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.

Belə ki, bundan əvvəl Bank tərəfindən uşaqların inkişafına və təhsilinə yönələn bir çox tədbirlər və ianələr həyata keçirilib.

“Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il dekabrın 30-da verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Seçilən
46
8
azertag.az

10Mənbələr