Növbəti günlərdə hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.
Tribunainfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında yayımlanan “Ekspert saatı” verilişində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:
“Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur”.