Bakı, 14 fevral, AZƏRTAC
Ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hazırda meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AZƏRTAC-a bildirib ki, təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı 25 min 770 ağac tingi əkilib.
“Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən 81 hektar meşə fondu torpağında meşə əkini işləri aparılıb və 181 min 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib, -deyə rəis əlavə edib.