AZ

“Mançester Siti”nin müdafiəçisinin durumuna aydınlıq gəlib

“Mançester Siti”nin zədələnən futbolçusu Manuel Akancinin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, mərkəz müdafiəçisi 8-10 həftə meydanlardan kənar qalacaq. O, bu müddətdə əməliyyat olunacaq.

Qeyd edək ki, Manuel Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la ev oyununda (2:3) xəsarət aldıqdan sonra zədələnib.

İdman.biz

Seçilən
50
2
idman.biz

3Mənbələr