AZ

TV-lərə maliyyə dəstəyi ilə bağlı təkliflər hazırlanır



Azərbaycan televiziyalarının maliyyə dəstəyinə ehtiyacı var.

Bakupost.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, televiziyalara maliyyə dəstəyinin göstərilməsi tək Azərbaycan deyil, əksər ölkələr üçün aktual məsələdir:

"Televiziya sahəsinin gəlirləri ildən-ilə azalır, xərclər isə artır. Televiziyaların kommersiya gəlirləri demək olar ki, artmır. Amma bununla yanaşı, Azərbaycanda işçilərin əmək haqqının artdığını da diqqətə çatdırmaq istəyirəm. Təbii ki, televiziyalarımızın dəstəyə ehtiyacı var. Bu mövzu ətrafında təkliflərimizi hazırlayırıq".

Ayna, BakuPost

Seçilən
31
5
bakupost.az

8Mənbələr