Azərbaycanda cizgi filmlərinin yerli istehsalı yoxdur.
BakuPost.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.
Onun sözlərinə görə, cizgi filmlərinin çəkilməsinə peşəkar komanda və yüksək maliyyə lazımdır.
“Bu, televiziyaların işi deyil, müstəqil prodakşınların istiqamətidir. Ümid edirik, gələcəkdə bizdə də bu təcrübə olacaq”, - Şura sədri vurğulayıb.
Ayna, BakuPost