Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.