AZ

Ötən il Şahdağa səfər edən turistlərin sayı açıqlanıb

Ötən il Şahdağ Turizm Mərkəzində xizəkçi və piyada qismində turistik xidmətlərdən istifadə edən qonaqların ümumi sayı 278 min 955 nəfərə olub.

FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi bildirir.

Məlumata görə, ötən ilin yay mövsümü üzrə əyləncə xidmətlərinin sayı artaraq 36-ya çatdırılıb. Hesabat ilinin 4-cü rübündə qış mövsümü çərçivəsində yeni 2 növ fəaliyyət əlavə olunmaqla, ümumilikdə, 38 adda əyləncə xidməti qonaqların istifadəsinə verilib.

“Ümumilikdə, 3.8 km uzunluğunda olan iki xizək enişinin tikintisi yekunlaşaraq istismara verilib. Bundan əlavə, uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə verilib”, - deyə məlumatda qeyd edilib. (Trend)

Seçilən
26
2
fed.az

3Mənbələr