AZ

Xəstə övladı olan ana fəryad edir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Altı yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicə xərclərini qarşılaya bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:
"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik və Mahirin vəziyyəti günü-gündən pisləşdi. Halsızlaşdı, burnundan tez-tez qan açılır. Həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Oğlum vaxtında müalicə ala bilməsə, onu itirə bilərəm. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Mahirin bir kurs müalicəsi 800 manat təşkil edir".
Ailə ilə əlaqə: (050) 624-89-96
ABB: 5522 0993 6483 8813
Seçilən
9
1
oxu.az

2Mənbələr