Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü 2 medalla başa vurublar.
Msport.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Əhməd Yusifov (60 kq) ukraynalı Dilşot Xalmatova, Elşən Əsədov (66 kq) özbəkistanlı Azizbek Ortikova qalib gəlib.
Balabəy Ağayev (60 kq) isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.