Trampın müharibəni bitirmək üçün planı yoxdur”:
ABŞ-ın müharibəni bitirmək üçün hazır planı yoxdur, mən belə planın olduğunu görmürəm”.
AzPost bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Münhendə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski Prezident Trampla uzun söhbət etdiyini deyib. Onun fikrincə, bu söhbət bəzi detalları müzakirə etmək üçün kifayət etsə də, lakin müharibəni bitirmək üçün plan hazırlamaq üçün kifayət etməyib.
Zelenski bildirib ki, ABŞ prezidenti ilə söhbət zamanı itkilər də müzakirə olunub və onlar Amerikanın əlində olan rəqəmlərindən fərqlənir.
O, həmçinin əlavə edib ki, ABŞ və Tramp NATO haqqında danışmağa hazır deyil. Tramp hesab edir ki, Ukrayna Alyansa üzv ola bilməz. çünki bu, Rusiya ilə eskalasiyanı gücləndirər. Zelenski əlavə edib ki, əgər Ukrayna NATO-da olmayacaqsa, o zaman ölkəyə 1,5 milyonluq ordu lazımdır.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatından danışan Zelenski vurğulayıb ki, bu istiqamətə 2-3 min KXDR hərbçisinin köçürülməsi ehtimalı var.