AZ

Rusiya Suriyaya pulla dolu təyyarə göndərib

…Devrilmiş diktator Bəşər Əsədin dövründə pulların çap edildiyi Rusiyadan Dəməşq hava limanına yüz milyardlarla Suriya funt sterlinqlik yük gəlib.

SİA xəbər verir ki, Reuters məlumatlı mənbəyə istinadən yazır.

Bu məbləğ on milyonlarla ABŞ dollarına bərabərdir. Agentliyin mənbəsinin sözlərinə görə, 2024-cü ilin dekabr ayının əvvəlində Əsəd üsyançılar tərəfindən devrilənə qədər Rusiya bu pulu Suriyaya köçürə bilməyib.

Qeyd olunur ki, Suriyanın yeni hakimiyyət orqanları Əsəd Moskvaya qaçdıqdan sonra Rusiyadan valyuta buraxmağı dayandırmağı tələb edib.

Reuters agentliyinin mənbəsi Rusiyanı çap olunmuş pulu Suriyaya çatdırmağa nəyin səbəb olduğunu dəqiqləşdirməyib. Qeyd edilir ki, hakimiyyət dəyişikliyindən bəri ölkə likvidlik çatışmazlığı ilə üzləşib və yanvar ayında Suriya Mərkəzi Bankının yeni rəhbəri Maysa Sabreen yüksələn inflyasiyanı dayandırmaq üçün Suriya funtlarının çapını dayandırmaq istədiyini bildirib.

Reuters xəbər verir ki, Suriya funtu yeni rəhbərlik hakimiyyətə gəldikdən sonra qara bazarda möhkəmlənib, buna xaricdən suriyalıların axını və xarici valyuta ticarətinə ciddi nəzarətin götürülməsi kömək edib. Belə ki, birja məlumatlarına görə, cümə axşamı 1 dollar üçün 9850 funt-sterlinq məzənnəsi ilə ticarət edilib. Mərkəzi Bankın məlumatına görə, cümə günü birjalar bağlanarkən rəsmi məzənnə 13 min funt-1 dollar civarında olub.

Bu, Suriya funtunun likvidliyi ilə bağlı narahatlıqları artırıb. Agentliyin mənbəsi bildirib ki, Suriya tənzimləyicisinin nağd şəkildə cəmi 200 milyon dollar valyuta ehtiyatı var ki, bu, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Suriyanın 18,5 milyard dollar ehtiyata malik olduğu 2010-cu ildəki göstərici ilə (vətəndaş müharibəsi başlamazdan bir il əvvəl) ilə müqayisədə böyük azalmadır.

Reuters mənbələri Rusiyadan nağd pul göndərilməsinin səbəbini birbaşa açıqlamayıb, lakin bu, Kremlin ölkədəki hərbi bazalarını saxlamaq üçün Suriyanın yeni rejiminə maliyyə yardımı göstərmək cəhdi ola bilər.

Əli Babayev

Seçilən
12
sia.az

1Mənbələr