AZ

81 min "xəyalət işçi" - Korrupsiya qalmaqalı

Qana hökuməti dövlət qurumlarında işləmədiyi halda müntəzəm maaş ödənilən 81 min nəfəri müəyyən etdiklərini açıqlayıb.

HİT.az xəbər verir ki, Prezident Aparatından verilən yazılı açıqlamada aparılan araşdırmalar nəticəsində əvvəlki hökumət dövründə 81 min "xəyalət işçiyə" maaş ödənildiyi müəyyən edildiyi bildirilib.

Açıqlamada "xəyalət işçilərin" adlarının məzunların bir illik məcburi işə yerləşdirilməsini nəzarətdən cavabdeh olan qurumda ödənişlərdəki gecikmələri aradan qaldırmaq üçün aparılan yoxlama nəticəsində üzə çıxdığı vurğulanıb.

Digər tərəfdən Qana Prezidenti Con Dramani Maxama Milli Xidmət Qurumunun əvvəlki hökumət dövründəki fəaliyyətinin araşdırılması əmrini verib.

Samir
 

Seçilən
24
hit.az

1Mənbələr