İraqın Səlahəddin Əyalət Şurasının rəhbəri Adil Sümeydai türkmənlərin sıx yaşadığı və ikinci etnik qrup olan Səlahəddin şəhərində türkcənin rəsmi dil olduğunu açıqlayıb.
Səlahəddin Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin vilayətdə ikinci ən böyük etnik qrup olduğunu bildirib və vilayət sərhədləri daxilində ərəb və kürd dilləri ilə yanaşı türkcənin də rəsmi dil kimi qəbul edilməsini təsdiqləyib.
Keçmiş Türkmən millət vəkili Fevzi Ekrem Terzi İraqda üçüncü etnik qrup olan türkmənlərin təbii haqqı olduğunu müdafiə edib.