AZ

Daha 2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayılıb

Bakı, 14 fevral, AZƏRTAC

Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığı üçün MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilərin nəticələri etibarsız sayılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr olunmuş iclasında qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl 81 saylı İmişli Seçki dairəsi üzrə Bəcirəvan bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.

Seçilən
10
azertag.az

1Mənbələr