AZ

Quranı yandıran etirazçı döyülərək saxlanıldı - VİDEO

Türkiyənin Londondakı Konsulluğu qarşısında Qurani-Kərimi yandıran fəal vətəndaşların hücumuna məruz qalıb.

Hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb edilib. Hücum edən şəxs "ağır xəsarət yetirmək və hücum silahı saxlamaq" ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, İsveçdə Qurani-Kərimi yandıraraq təxribat yaradan 38 yaşlı Salvan Momika ötən ay mənzilində güllələnərək öldürülüb.

Mənbə: musavat.com

Seçilən
41
2
musavat.com

3Mənbələr