Avropa İttifaqı (Aİ) Ukraynanın birliyə üzvlük prosesini sürətləndirməyi planlaşdırır.
Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Biz Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün işimizi aktivləşdiririk. Biz artıq əhəmiyyətli irəliləyişə nail olmuşuq. Amma indi milli büdcələrin xərc imkanlarını artırmaq, ümumi Avropa layihələri üçün maliyyələşməyə malik olmaq və Ukraynanın üzvlük prosesini sürətləndirmək yeni Avropanın hədəfləri olmalıdır”, – o qeyd edib.