AZ

"TikTok" ABŞ-da "Google Play Store" və "App Store"a geri qayıdıb

"TikTok" ABŞ-da "Google Play Store" və "App Store"a geri qayıdıb

"TikTok" qısa müddətə bloklandıqdan sonra ABŞ-da "Google Play Store" və "App Store"a geri qayıtdığını açıqlayıb.NBC News-un məlumatına görə, "Google" və "Apple" rəsmiləri "TikTok" tətbiqinin platformalarından endirilməsi ilə bağlı açıqlama veriblər.Açıqlamada bildirilib ki, yanvarın 19-da ölkədə qısa müddətə tətbiq edilən giriş qadağası səbəbindən ABŞ-da "Google Play Store" və "App Store"dan silinən "TikTok" tətbiqi yenidən bu platformalara qayıdıb.Müvafiq olaraq, ABŞ-da telefonlarında "TikTok" proqramı olmayanlar proqramı bu platformalardan endirə biləcəklər.Giriş qadağasının aradan qaldırılması ilə artıq tətbiqi telefonlarında olanlar "TikTok"dan istifadə etməyə davam edə biliblər. Lakin yanvarın 19-dan ABŞ-da istifadəçilər bu proqramları "Google Play Store" və "App Store"dan endirə bilmirdilər.

Seçilən
27
2
afn.az

4Mənbələr