AZ

"Bilirik ki, Mahiri istəyən klublar var" - Miroslav Kloze

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında deyib ki, Emrelini transfer etmək istəyən klubların olduğunu bilir:

"Məncə, bunu sirr etməyə ehtiyac yoxdur. Bilirik ki, Mahiri istəyən klublar var. İndi necə qərar verəcəyimizi düşünürük.  Mahir üçün maliyyə məsələsi də şərtdir. Növbəti addımı atmaq istəyir, bunu fürsət kimi görür. Bunu mənə deyib. Amma hələ ki, rəsmi heç nə yoxdur"

Xəbərdə o da qeyd olunub ki, Mahir Emreli onunla maraqlanan Cənubi Koreyanın "Seul" klubuna keçmək istəyir.

Qeyd edek ki, ötən ilin yayından "Nürnberq"də çıxış edən Mahir Emreli bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib./Qol.az

Seçilən
22
2
bakivaxti.az

3Mənbələr