AZ

“Siren Trading” 10 min dollar cərimələnib – Şirkət 53 044 dollar vəsaiti xaricə köçürübmüş

“Siren Trading” şirkəti inzibati məsuliyyətə cəlb edilib. 

Valyuta.az xəbər verir ki, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başladıb. 

İnzibati xətanın mahiyyəti ondan ibarətdir ki, şirkət 53 044,02 dollar xaricə köçürüb. İki il ötsə də, bu vəsaitə alınan mallar ölkəyə idxal edilməyib. 

İşə Xətai Rayon Məhkəməsində baxılıb. Şirkət 430.4-cü maddə ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 53 044,02 dolların 20 faizi miqdarında, yəni 10 608,84 dollar cərimələnib. 

“Siren Trading” qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Hüseyn

Seçilən
30
valyuta.az

1Mənbələr